Əsas Səhifə > Cəmiyyət > Xaçmazda məktəb direktoru evində ölü tapılıb
Xaçmazda məktəb direktoru evində ölü tapılıb15-03-2021, 11:35 |
![]() Xaçmazda yaşayış evində meyiti tapılan şəxsin məktəb direktoru olduğu müəyyənləşib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Alıcqışlaq kənd orta məktəbinin direktoru, 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir. *** saat 10:12 Xaçmazda evdə qadın meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Rubrika.Az Geri qayıt |