Əsas Səhifə > Qanun > Əli Həsənovun polkovnik kürəkəninə töhmət verildi

Əli Həsənovun polkovnik kürəkəninə töhmət verildi


15-03-2021, 17:17
Əli Həsənovun polkovnik kürəkəninə töhmət verildi

Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Möhbalıyevə töhmət verilib.

İ.Möhbalıyev işində nöqsanlara yol verib. Buna görə də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İ.Möhbalıyevə töhmət elan edilib.

Qeyd edək ki, İsfəndiyar Möhbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.

Rubrika.Az
Geri qayıt