Əsas Səhifə > İstisadiyyat > Azərbaycanada "Aİ-98" markalı benzin Gürcüstan və Ermənistandan bahadır – Avropa ölkələrinin TAM SİYAHISI
Azərbaycanada "Aİ-98" markalı benzin Gürcüstan və Ermənistandan bahadır – Avropa ölkələrinin TAM SİYAHISI16-03-2021, 12:21 |
![]() Avropa ölkələri arasında “Aİ-98” ("Super") markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya hesab olunur. Yeniavaz.com məşhur "Autotraveler" portalına istinadən xəbər verir ki, Rusiyada “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 0,61 avro (1,24 manat) təşkil edir. Avropa ölkələri arasında “Aİ-98” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-98” markalı benzinin 1 litri 1,91 avroya (3,87 manat) satılır. Avropa ölkələri arasında 5-ci sırada olan Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 1 manat 40 qəpiyə (0,69 avro) bərabərdir. Avropada “Aİ-98” markalı benzinin Azərbaycandan ucuz olduğu 4 ölkə var - Rusiya, Belarus, Gürcüstan və Ermənistan. "Autotraveler" portalının açıqladığı məlumatda Avropa ölkələrində “Aİ-98” markalı benzinin qiyməti mart ayında aşağıdaki kimi olub: Rusiya – 0,61 avro Belarus – 0,64 avro Gürcüstan – 0,67 avro Ermənistan – 0,67 avro Azərbaycan – 0,69 avro Türkiyə - 0,88 avro Ukrayna – 0,89 avro Moldova – 0,91 avro Bosniya və Herseqovina – 1,06 avro Rumıniya – 1,10 avro Şimali Makedoniya – 1,10 avro Polşa – 1,15 avro Çexiya – 1,17 avro Andorra – 1,18 avro Monteneqro – 1,19 avro Kipr – 1,20 avro Macarıstan – 1,21 avro Sloveniya – 1,23 avro Bolqarıstan – 1,23 avro Litva – 1,30 avro Lüksemburq – 1,20 avro Sebiya – 1,32 avro Latviya – 1,32 avro Avstriya – 1,35 avro Estoniya – 1,40 avro Xorvatiya – 1,41 avro İspaniya – 1,44 avro Slovakiya – 1,45 avro İsveçrə – 1,45 avro Malta – 1,49 avro Belçika – 1,54 avro Fransa – 1,57 avro Almaniya – 1,58 avro İsveç – 1,60 avro Danimarka – 1,62 avro Portuqaliya – 1,64 avro İtaliya – 1,65 avro Finlandiya – 1,65 avro Yunanıstan – 1,66 avro Böyük Britaniya – 1,66 avro Norveç – 1,68 avro Niderland – 1,91 avro Rubrika.Az Geri qayıt |