Əsas Səhifə > Təhsil > Bu məktəblər də koronaya görə bağlandı
Bu məktəblər də koronaya görə bağlandı16-03-2021, 14:52 |
|
Bakıda 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, 102 nömrəli tam orta məktəbdə çalışan 6, 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub". Rubrika.az Geri qayıt |