Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusa yoluxma kəskin artdı - Günün statistikası
Azərbaycanda koronavirusa yoluxma kəskin artdı - Günün statistikası16-03-2021, 15:31 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 241 651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6983 nəfərdir. Ölkədə son sutka ərzində 10 453, hazırkı dövrədək isə 2 726 470 test aparılıb. Qeyd edək ki, dünən 376 nəfər koronavirusa yoluxmuşdu. Rubrika.Az Geri qayıt |