Əsas Səhifə > Dünya > “Ter-Petrosyanın Paşinyanla bağlı təklifi mənasızdır” - Erməni nazir

“Ter-Petrosyanın Paşinyanla bağlı təklifi mənasızdır” - Erməni nazir


16-03-2021, 17:18
“Ter-Petrosyanın Paşinyanla bağlı təklifi mənasızdır” - Erməni nazir

Ermənistanın eks-prezident Levon Ter-Petrosyanın baş nazir Nikol Paşinyanla bağlı təklifi ciddi müzakirələrə səbəb olub.

Azvision.az xəbər verir ki, erməni jurnalistlər ədliyyə naziri Rüstəm Badasyandan eks-prezidentin təklifinin reallaşdırılmasının nə dərəcədə real olduğunu soruşublar.

Nazir Levon Ter-Petrosyanın Paşinyanın xaricə getməsinə qanuni şərait yaradılması ilə bağlı təklifinə "hər kəs siyasi reytinqini düşünür", - deyə cavab verib.

“Düşünürəm ki, hər kəs öz siyasi reytinqini rəhbər tutmalıdır. Bu cür açıqlamalar və ya bu kimi mənasız təkliflər siyasi reytinqin yüksəlməsinə kömək etməyəcək",- deyə Badasyan bildirib.

Xatırladaq ki, Levon Ter-Petrosyan Ermənistanda daxili siyasi böhrandan yeganə çıxış yolunu baş nazir Nikol Paşinyanın dərhal istefa verməsində görür. Ter-Petrosyan hesab edir ki, Paşinyanın xaricdə müvəqqəti sığınacaq tapması üçün onun toxunulmazlığına təminat verilməlidir.

Sabiq prezidentin fikrincə, bu halda Baş nazirin səlahiyyətləri bitərəf Baş nazirin müavininə verilməlidir ki, o da ədalətli seçkilərin keçirilməsini öz bitərəfliyinə görə təmin edə bilər.

Rubrika.az
Geri qayıt