Əsas Səhifə > Bölgə > Jurnalistlərin Hadrut istiqamətinə media-turu təşkil olunub

Jurnalistlərin Hadrut istiqamətinə media-turu təşkil olunub


17-03-2021, 10:37
Jurnalistlərin Hadrut istiqamətinə media-turu təşkil olunub

Media nümayəndələrinin işağldan azad edilən ərazilərə növbəti media turu təşkil olunub.

Bu dəfə jurnalistlər Hadrut istiqamətinə yollanıblar.

Burada jurnalistlər Füzuli-Hadrut avtomobil yolunun inşası prosesi ilə tanış olublar. Sözügedən yol Füzuli, Cəbrayıl və Hadrut arasında qovşaq rolunu oynayacaq.

Həmin yolun təməli martın 15-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu yol başlanğıcını Zəfər yolundan götürür.(oxu.az)

Rubrika.Az
Geri qayıt