Əsas Səhifə > Cəmiyyət > Nazirlik rəsmisindən Novruz bayramı ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ
Nazirlik rəsmisindən Novruz bayramı ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ17-03-2021, 17:20 |
|
“Karantin qaydalarının sərtləşdirilməsi zamanı təmaslar azalır. Çalışmalıyıq ki, sərt karantin olmadan biz təmasları azaldaq və özümüzü riskə atmayaq”. Rubrika.Az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib. O, qarşıdan gələn Novruz bayramı günlərində insanları qaydalara əməl etməyə çağırıb: “Novruz bayramı ərəfəsində yoluxma sayının artmaması üçün qaydalara ciddi riayət etmək lazımdır. Təmaslar nə qədər az olsa, yoluxma da bir o qədər azalar”. Rubrika.az Geri qayıt |