Əsas Səhifə > Səhiyyə > Ukraynada koronavirusdan maksimum ölüm qeydə alındı
Ukraynada koronavirusdan maksimum ölüm qeydə alındı18-03-2021, 08:57 |
|
Ukraynada 11 833 nəfərdə koronavirusun aşkar edilməsi ilə ümumi yoluxma sayı 1 489 23-ə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib. Ölkədə ötən sutkada 289 ölüm hadisəsi qeydə alınıb ki, bu da pandemiya dövründə ən yüksək göstəricidir. Bununla da, koronavirusdan ölüm sayı 28 986-ya çatıb. Ukraynanın paytaxtı Kiyevdə ilin əvvəlindən koronavirusa maksimum gündəlik yoluxma müəyyən olunub (1 121 nəfər). Qeyd edək ki, Ukraynada fevralın 24-dən “AstraZeneca” peyvəndi ilə kütləvi vaksinasiya başlayıb. Rubrika.az Geri qayıt |