Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - FOTO
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - FOTO18-03-2021, 16:02 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 243 424 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 231 894 nəfər müalicə olunaraq sağalıb, 3 314 nəfər vəfat edib, aktiv xəstə sayı 8 216 nəfərdir. Ölkədə son sutka ərzində 10 188, hazırkı dövrədək isə 2 746 681 test aparılıb. Qeyd edək ki, dünən Azərbaycanda 840 nəfər koronavirusa yoluxmuşdu. Rubrika.Az Geri qayıt |