Əsas Səhifə > Dünya > Gürcüstanda daha 528 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda daha 528 nəfərdə koronavirus aşkarlanıb


23-03-2021, 12:30
Gürcüstanda daha 528 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda son sutkada koronavirusa 528 yeni yoluxma faktı təsdiqlənib, 299 nəfər müalicə olunaraq sağalıb, 4 pasiyent vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 278 178 nəfər yoluxub. Onların 270 668-i sağalıb, 3 714-ü ölüb.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyən edilməsi üçün 20 903 test aparılıb.(report.az)

Rubrika.Az
Geri qayıt