Əsas Səhifə > Cəmiyyət > Dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
Dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ24-03-2021, 13:18 |
|
Martın 26-sı axşamdan 28-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Tibbi-meteoroloji proqnoz: Martın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Rubrika.Az Geri qayıt |