Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusa yoluxanların son STATİSTİKASI - FOTO
Azərbaycanda koronavirusa yoluxanların son STATİSTİKASI - FOTO24-03-2021, 17:43 |
|
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3 404 nəfər vəfat edib, aktiv xəstə sayı 12 254 nəfərdir. Ölkədə son sutka ərzində 8 121, hazırkı dövrədək isə 2 799 101 test aparılıb. Rubrika.az Geri qayıt |