Əsas Səhifə > İdman > Ronaldu Azərbaycanla matçda rekorda imza atdı
Ronaldu Azərbaycanla matçda rekorda imza atdı25-03-2021, 12:23 |
|
Kriştianu Ronaldu Azərbaycan yığması ilə oyunda rekorda imza atıb. Rubrika.Az xəbər verir ki, hücumçu Portuqaliya millisində ən uzunmüddətli karyeraya malik futbolçu adına yiyələnib. Belə ki, millidə 171-ci matçını keçirən Ronaldu debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib. Bununla da Ronaldu Vitor Damasın rekordunu keçib. Onun Portuqaliya millisindəki ilk və son oyunları arasında 6305 gün, yəni 17 il 3 ay 5 gün müddət olub. Rubrika.Az Geri qayıt |