Əsas Səhifə > Dünya > Ermənistanda son sutkada 1200-dən çox şəxs COVID-19-a yoluxdu

Ermənistanda son sutkada 1200-dən çox şəxs COVID-19-a yoluxdu


25-03-2021, 13:32
Ermənistanda son sutkada 1200-dən çox şəxs COVID-19-a yoluxdu

Ermənistanda son sutkada daha 1 257 nəfərdə COVID-19 aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 187 441-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 416-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 871 nəfərdir. İndiyədək 169 727 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 13 427 aktiv koronavirus xəstəsi var.

Rubrika.Az
Geri qayıt