Əsas Səhifə > Səhiyyə > Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 1,5 minə yaxınlaşdı - FOTO
Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 1,5 minə yaxınlaşdı - FOTO25-03-2021, 15:20 |
|
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir. Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb. Rubrika.Az Geri qayıt |