Əsas Səhifə > Cəmiyyət > Ödəmə terminalından oğurluq etmək istəyənlər tutuldu
Ödəmə terminalından oğurluq etmək istəyənlər tutuldu25-03-2021, 16:37 |
![]() Sumqayıtda ödəmə terminalından oğurluq etmək istəyən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ötən gün Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib. Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Quluzadə və F.Məmmədov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır. RUBRIKA.AZ Geri qayıt |