Əsas Səhifə > İdman > Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq26-03-2021, 18:09 |
|
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə yarışında təsəlliverici görüşə çıxıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla üz-üzə gəlib. Rəqibinə qalib gələn K.Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Qeyd edək ki, 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdıran cüdoçu 1/4 finalda Tornine Tsjakadoea ilə dueldən məğlub ayrılıb. Bu gün mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub. 60 kq-da mübarizə aparan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna), 66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankoya (Kuba) məğlub olub. Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayıb. 48 kq-da Aişə Qurbanlı Marusa Stanqarla (Sloveniya) bacarmayıb. Eyni çəkidəki Leyla Əliyava Gülkader Şentürkü (Türkiyə) mübarizədən kənarlaşdırsa da, Katarina Kostanın (Portuqaliya) müqavimətini qıra bilməyib. 52 kq-da Gültac Məmmədəliyeva Anjelika Delqadoya (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyana (Böyük Britaniya) uduzub. Qeyd edək ki, Böyük Dəbilqə yarışı martın 27-də yekunlaşacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur. Rubrika.Az Geri qayıt |