Əsas Səhifə > Dünya > “Taxt-tac oyunları”nın müəllifi yeni seriallar hazırlayacaq

“Taxt-tac oyunları”nın müəllifi yeni seriallar hazırlayacaq


29-03-2021, 09:04
“Taxt-tac oyunları”nın müəllifi yeni seriallar hazırlayacaq

Məşhur “Taxt-tac oyunları” serialının müəllifi Corc Martin HBO rəqəmsal yayım platforması ilə müqavilə imzalayıb.

Bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.

Məlumata əsasən, beş illik müddətə nəzərdə tutulan müqaviləyə görə C.Martin səkkizrəqəmli qonorar alacaq.

Sənədə əsasən, yazıçı HBO üçün yeni layihələrin işlənib hazırlanmasında iştirak edəcək.

Qeyd edək ki, “Taxt-tac oyunları” serialı məhz C.Martinin “Buz və odun nəğməsi” silsilə romanları əsasında çəkilib.

Rubrika.az
Geri qayıt