Əsas Səhifə > Səhiyyə > Gürcüstanda daha 14 nəfər koronavirusdan ölüb
Gürcüstanda daha 14 nəfər koronavirusdan ölüb29-03-2021, 11:48 |
![]() Gürcüstanda son sutkada koronavirusa 171 yeni yoluxma faktı təsdiqlənib, 382 nəfər sağalaraq evə buraxılıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 280 472 nəfər yoluxub ki, onların da 272 601-i sağalıb, 3 765-i isə dünyasını dəyişib. Son 24 saat ərzində 14 298 test yoxlaması aparılıb. Rubrika.Az Geri qayıt |