Əsas Səhifə > Cəmiyyət > Cəbrayıla icazəsiz getmək istəyən şəxslər saxlanıldı
Cəbrayıla icazəsiz getmək istəyən şəxslər saxlanıldı29-03-2021, 11:57 |
|
Cəbrayıl rayonunda işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş əraziyə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu “Mersedes” markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Rubrika.Az Geri qayıt |