Əsas Səhifə > Cəmiyyət > Güclü külək nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
Güclü külək nə vaxta qədər davam edəcək? - AÇIQLAMA6-04-2021, 11:02 |
|
“Bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, külək axşama doğru tədricən mülayimləşəcək: “Əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu Bakı və Abşeron yarımadasında gündüz saatlarında 14-16 dərəcə isti olacaq”. G.Məmmədova qeyd edib ki, yaxın iki gün ərzində bölgələrdə də yağmursuz hava şəraiti gözlənilir: “Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz saatlarında 18-23, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq”. Rubrika.az Geri qayıt |