Əsas Səhifə > Dünya > Paşinyan Xüsusi İstintaq Komitəsində dindiriləcək
Paşinyan Xüsusi İstintaq Komitəsində dindiriləcək6-04-2021, 12:49 |
![]() Ermənistanın Xüsusi İstintaq Komitəsi baş nazir Nikol Paşinyana bildiriş göndərib. Bildiriş general-polkovnik Movses Akopyanın bir müddət öncə yaydığı bəyanat əsasında qaldırılmış cinayət işinin araşdırılması ilə bağlıdır. Araşdırma əsasında artıq keçmiş müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Artak Davtyan dindiriliblər. Erməni mediası ölkə başçısının da araşdırmalar çərçivəsində sorğu-sual edilməsi məsələsini dəqiqləşdirə bilməyib. Xüsusi İstintaq Komitəsinin bildirişi baş nazirə bu yaxınlarda göndərilib. Paşinyan Moskva səfəri öncəsi özünütəcrid vəziyyətindədir.(azvision.az) Rubrika.Az Geri qayıt |