Əsas Səhifə > Dünya > Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Pilot həlak oldu
Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Pilot həlak oldu7-04-2021, 15:48 |
|
Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb. Rubrika.Az-ın məlumatına görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub. Hadisə yerinə xilasedicilər cəlb edilib. Məlum olub ki, təyyarə "Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib. Türkiyə Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qəzanın səbəbinin bilinmədiyi qeyd edilir. Həmçinin, məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı vurğulanır. Rubrika.Az Geri qayıt |