Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Onlarla ölən var - FOTO
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Onlarla ölən var - FOTO9-04-2021, 17:36 |
|
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir. Ölkədə son sutka ərzində 12 692 test aparılıb. Rubrika.az Geri qayıt |