Əsas Səhifə > Manşet > Tibbi sığortada inqilab: Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində nələr gördük?
Tibbi sığortada inqilab: Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində nələr gördük?12-04-2021, 10:44 |
|
İllərlə avropalı vətəndaşlar kimi tibbi sığorta gözləyən azərbaycanlılar indi tibbin bu müasir xidmətindən yararlanırlar Aprelin 1-dən respublika üzrə icbari tibbi sığortanın tətbiq olunması dövlət səhiyyə ocaqlarında yeni bir mərhələnin başlanğıcına səbəb olub. Rublika.Az xəbər verir ki, bu prosesin yüksək təşkil olunduğu tibb ocaqlarından biri də Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzidir. El arasında “Eksperimentalni” xəstəxana kimi tanınan Mərkəzdə icbari tibbi sığorta ən yaxşı səviyyədə təmin edilib. Xəstəxanada vətəndaşlara göstərilən xidmət, heç bir ödəniş etmədən tibbi qulluq insanların ürəyindən xəbər verib. İllərlə avropalı vətəndaşlar kimi tibbi sığorta gözləyən azərbaycanlılar indi tibbin bu müasir xidmətindən yararlanırlar. Bu da vətəndaşları kifayət qədər razı salmaqdadır. Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində olarkən həmsöhbət olduğumuz insanlar da tibbi sığortanın burada təşkilindən məmnun olduqlarını dilə gətirirdilər. Bu xidmətin və tibbi personalın peşəkar fəaliyyətinin təmin edilməsində Mərkəzin direktoru Rauf Ağayevin son dərəcə müstəsna rolunun olduğunu öyrəndik. R.Ağayevin işinə ciddi, məsuliyyətli və həssas yanaşmasından irəli gələrək hər hansı boşluğa yol verilmir, vətəndaşları incidən, narazı salan addımlar atılmır. Əksinə, “Eksperimentalni” xəstəxanaya ümidsiz gələn pasientlər burada gülər üz, mehriban kollektiv, şəfqət və bir ailə üzvü kimi qayğı görürlər. Elə R.Ağayevin yaratdığı mühitin, peşəkar fəaliyyətinin nəticəsidir ki, insanlar Mərkəzdən şikayətlənmirlər. Eyni zamanda icbari tibbi sığortanın təşkilində Mərkəzin və rəhbərliyinin qarşıya qoyulan tapşırıqları, tələblərin uğurla yerinə yetirməsinə şahidlik etmək olar. Rublika.Az bildirir ki, təbii olaraq bütün bunlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə TƏBİB-in rəhbəri Ramin Bayramlının Azərbaycan səhiyyə sisteminə gətirdiyi yeniliklərin, eybəcərlikləri aradan qaldırılmasının bariz nümunəsidir. İstər Z.Əliyev, istərsə R.Bayramlı son illər ərzində özlərini təsdiqləyərək, səhiyyədə islahatlar həyata keçirərək, icbari tibbi sığortanın tez bir zamanda respublikanı əhatə etməsində sürətli iş apararaq dövlət rəhbərliyinin etimadını doğrultması xüsusi qeyd edilməlidir. Ölkə səhiyyəsində göstərilən xidmətlərdən zaman-zaman vətəndaşların şikayət və narazılıqları olub. Lakin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB yaradılması ilə bu sahədə böyük bir inqilab edildi. Bu dəyişikliklər bir yandan cəmiyyətdən gələn sosial çağırış idisə, bir tərəfdən də dövlətin səhiyyə sistemində yeni siyasətinin, müasir strategiyasının zərurəti idi. Dövlət səhiyyə xidmətinin səviyyəsini, keyfiyyətini yüksəltmək üçün təsis olunan, lakin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB qısa zaman kəsiyində sübut etdi ki, heç də vətəndaşları razı salmaq çətin deyilmiş. Əlbəttə, burada hər iki qurumun rəhbəri Z.Əliyevlə R.Bayramlının metodunu, işə professional yanaşmasını da nəzərdən qaçırmaq olmaz. Bu gedişat göstərir ki, yaxın gələcəkdə, qarşıdakı illərdə ölkənin səhiyyə sistemi gözlərimizə inanmayacaq dərəcədə inkişaf edəcək, refreş olunacaq. Bu mənada istər Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində, istərsə digər dövlət səhiyyə strukturlarında biz Ordusu, dövlət idarəetməsi islahatlarla müşayiət olunan Azərbaycanın tibb ocaqlarında da reformalarını görəcəyik. Heç şübhəsiz, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB yeni yaranan qurumlardır, hər gün təcrübə toplayırlar, yanlışları tədqiq edirlər, çatışmazlıqları öyrənirlər, bu yöndə addımlar atırlar ki, təkrarlanmasın. Üstəlik, hər iki qurumun pandemiya dövründə göstərdiyi fəaliyyəti xüsusi vurğulamaq lazımdır. Səhiyyə sistemində TƏBİB-in yaradılması aparılan islahatların məntiqi davamı kimi pandemiya dövründə öz müsbət nəticələrini verməkdədir. Məhz belə çətin məqamlarda TƏBİB-in professionallığı, peşəkar komanda kimi fəaliyyəti hər hansı panikanın, ajiotajın yaranmasının qarşısını aldı, vəziyyət hər an nəzarətdə saxlanıldı. Ciddi sosial təpkilərə baxmayaraq, TƏBİB rəhbərliyi doğru olanı etdi - sərt karantin tədbirləri, sosial izolyasiyanın gücləndirilməsi kritik həddi aşırmağa kömək etdi. R.Bayramlı çiyinlərini bu yükün altına verdi və Azərbaycan səhiyyəsinin yeni bir uğur səlnaməsinə öz imzasını atmağı bacardı. Bu uğurların qazanılmasında R.Bayramlı ilə eyni səngərdə yer alan böyük bir komandanın əməyini də qeyd etmək lazımdır. Eyni zamanda Agentlik dövlət başçısının tapşırıqlarını rəhbər tutmaqla, icbari tibbi sığortanın tətbiqi istiqamətində lazımi tədbirləri görür və sosial layihənin uğurla həyata keçirilməsi üçün böyük səylə çalışır. Ümumiyyətlə, tibbi sığorta bizim sosial sahədə ən ciddi və uğurlu islahatlarımızdan biridir. Tibbi sığorta fəaliyyətə başlayandan 4-5 il ərzində tam oturuşmuş bir vəziyyətə gəlir. Bunu dünya təcrübəsi də göstərir. İcbari tibbi sığortanın tətbiqi bir tərəfdən tibb işçilərinin peşəkarlığının, nüfuzunun, sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Əslində icbari tibbi sığortanın tətbiqi sosial həmrəyliyə söykənib. Burada kimsə il ərzində tibb məntəqələrinə müraciət etmirsə, onun ödədiyi vəsait hansısa bir xəstə və imkansızın müalicəsinə sərf olunur. Hər kəs az vəsait ödəməklə digər həmvətəninin həyatını xilas edə bilər. Həmçinin aztəminatlı ailələrin sığorta haqlarını dövlətin öz öhdəliyinə götürməsi onların da tibbi xidmətlərdən yetərincə yararlanmasına töhfə verəcək. Bir sözlə, icbari tibbi sığortanın tətbiqi səhiyyəmizin inkişafına təkan verəcək, yüzlərlə həkimin uğur hekayəsinə, neçə-neçə xəstənin həyata qayıtmasına vəsilə olacaq. Həmidə Vəliyeva Rubrika.Az Geri qayıt |