Əsas Səhifə > Təhsil > Daha 11 müəllimdə koronavirus aşkarlandı, 6 məktəb bağlandı
Daha 11 müəllimdə koronavirus aşkarlandı, 6 məktəb bağlandı13-04-2021, 15:50 |
|
Ucar rayonunda daha 6 orta məktəb koranavirusa görə bağlanıb. "Report"un xəbərinə görə, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəblərində əyani təhsil müvəqəti olaraq dayandırılıb. Buna səbəb adıçəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələrinin pozitiv çıxmasıdır. Fəaliyyəti dayandırılmış məktəblərdə dərslərin onlayn rejimdə tədrisinə qərar verilib. Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır. Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir. Rubrika.az Geri qayıt |