Əsas Səhifə > Cəmiyyət > “Kəpəz” MTK-da yarım milyonluq yeyinti

“Kəpəz” MTK-da yarım milyonluq yeyinti


14-04-2021, 15:18
“Kəpəz” MTK-da yarım milyonluq yeyinti

Bakıda bir neçə yaşayış binası tikən “Kəpəz” MTK-da yeyinti aşkarlanıb.

Rubrika.az qafqazinfo-ya istinadən xəbər verir ki, MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzillər qanunsuz olaraq satılıb.

Belə ki, “Kəpəz” MTK-nın direktoru, 1961-ci il təvəllüdlü Rəşid Quliyev Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, şirkətin işçisi, Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Tamerlan Tağıyev ondan xəbərsiz və qanunsuz olaraq 5 ədəd mənzili başqasına satıb. Mənzillərin ümumi dəyəri təxminən yarım milyon manatdır.
Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt