Əsas Səhifə > Cəmiyyət > Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi

Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi


15-04-2021, 10:23
Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə polisinin rəisi, general-mayor Teymur Hacıyevə köməkçi təyin edib.

Rubrika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə polis polkovnik-leytenantı Füzuli Şıxıyev Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə F.Şıxıyev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin Şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.

Rubrika.az
Geri qayıt