Əsas Səhifə > Aktual > Azərbaycanda 77,6 milyon tibbi maska satılıb
Azərbaycanda 77,6 milyon tibbi maska satılıb15-04-2021, 17:21 |
![]() Pandemiya ilə əlaqədar olaraq Azərbaycana indiyədək idxal olunan tibbi maskaların sayı açıqlanıb. Hökumətdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin 5 mart tarixindən ilin sonunadək ölkəyə təqribən 26,7 milyon ABŞ dolları dəyərində tibbi maska və respirator idxal edilib: Həmçinin bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən əsas aptek şəbəkələrində 77,6 milyon ədəddən çox tibbi maska satılıb. Qeyd edək ki, indiyədək ölkəmizdə 38,6 milyondan çox tibbi maska istehsal olunub. Rubrika.Az Geri qayıt |