Əsas Səhifə > Dünya > Türkiyədə son sutkada koronavirusdan 297 nəfər vəfat edib

Türkiyədə son sutkada koronavirusdan 297 nəfər vəfat edib


15-04-2021, 23:24
Türkiyədə son sutkada koronavirusdan 297 nəfər vəfat edib

Tükiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 297 nəfər olub.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, aprelin 15-də ölkə üzrə verilmiş 318 217 COVID-19 testindən 61.400-nün cavabı müsbət çıxıb.

Son 24 saat ərzində Türkiyədə 54 894 nəfər virusdan sağalıb.

Qeyd olunur ki, hazırda ölkə xəstəxanalarında 3080 ağır koronavirus xəstəsi var.

Rubrika.az
Geri qayıt