Əsas Səhifə > İdman > 4 futbolçu virusa yoluxdu, komandanı karantinə aldılar
4 futbolçu virusa yoluxdu, komandanı karantinə aldılar16-04-2021, 17:21 |
![]() Almaniyanın “Herta” klubunun bütün kollektivi karantinə alınıb. Buna komandada 4 nəfərin koronavirusa yoluxması səbəb olub. Berlin təmsilçisində baş məşqçi Pal Dardai, onun köməkçisi Admir Hamzaqiç, futbolçular Dodi Lukebakio və Marvin Plattenhardtda virus aşkarlanıb. 14 günlük karantinə alınan komanda Bundesliqada “Maynts”, “Frayburq” və “Şalke” ilə matçları buraxacaq. Rubrika.Az Geri qayıt |