Əsas Səhifə > Gündəm > Arif Əsgərovon universitetdən qovulan oğlu üç ölkədə şirkət açıb - Ay maşallah...

Arif Əsgərovon universitetdən qovulan oğlu üç ölkədə şirkət açıb - Ay maşallah...


19-04-2021, 10:18
Arif Əsgərovon universitetdən qovulan oğlu üç ölkədə şirkət açıb - Ay maşallah...

Nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərovun da xaricdə biznesi varmış. Rubrika.az xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı journalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, xeyli müddətdir kənarda qalan Əsgərovun oğlanlarından biri xaricdə, daha doğrusu Llondonda təhsil alırmış. “Əəsgərovun diribaş uşaqları var. Biri Londonda oxuyanda ərəb mənşəli bank işçisinə 20 min funt-sterlinq verib, öz əvəzinə imtahana keçirtmişdi. İşin üstü açılınca universitetdən qovulmuşdu. Onun “fərasəti” o zaman bütün İngiltərəni şoka salmışdı, bütün ingilis mətbuatı bu hadisədən yazmışdı”.

Arif Əsgərovon universitetdən qovulan oğlu üç ölkədə şirkət açıb - Ay maşallah...

Cavanşir Həsənli qeyd edir ki, indi həmin uşaq iri şirkət sahibidir. “Sabiq nazir müavinin oğlu İngiltərə, Türkiyə və Ukraynada logistika şəbəkəsi qurub. İngilislərin paxıllığı özlərinə qaldı”.

Rubrika.az
Geri qayıt