Əsas Səhifə > Müsahibə > Mehdiyevin tənqidindən sonra Elton Məmmədov ƏRİZƏ YAZDI

Mehdiyevin tənqidindən sonra Elton Məmmədov ƏRİZƏ YAZDI


19-04-2021, 16:02
Mehdiyevin tənqidindən sonra Elton Məmmədov ƏRİZƏ YAZDI

AMEA-nın prezidenti Ramiz Mehdiyev iclasda qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad olunduğunu bildirib.

Rubrika.az-ın unikal.org-a istinadla əldə etdiyi məlumata görə, E.Məmmədov isə uzunmüddətli məzuniyyətə çıxaraq, iyun ayının 14-də işdən çıxması ilə bağlı ərizə yazaraq akademiyanı tərk edib.

Qeyd edək ki, E.Məmmədov bu il yanvarın 17-də həmin vəzifəyə təyin olunmuşdu.

Rubrika.Az
Geri qayıt