Əsas Səhifə > Aktual > Türkiyədə koronavirusdan daha 346 nəfər vəfat edib
Türkiyədə koronavirusdan daha 346 nəfər vəfat edib20-04-2021, 23:04 |
|
Son 24 saat ərzində Türkiyədə koronavirusdan 346 nəfər vəfat edib. “Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, aprelin 20-də yoxlanış məqsədilə götürülən 322 128 testdən 61 028-i müsbət çıxıb. Sutka ərzində 55 592 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 3 792 129 nəfərə yüksəlib. Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 3375 nəfərdir. Rubrika.Az Geri qayıt |