Əsas Səhifə > Cəmiyyət > Bakıda binanın damında meyiti tapılan qız nədən ölüb? - YENİLƏNİB
Bakıda binanın damında meyiti tapılan qız nədən ölüb? - YENİLƏNİB21-04-2021, 12:26 |
|
Bakıda binanın damında meyiti tapılan qızın ölümünə səbəb kimi ilkin versiyada onun həddən artıq narkotik vasitə qəbul etməsi bildirilir. Bu barədə Oxu.az-a hüquq mühafizə orqanlarından məlumat verilib. 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyitinə baxış zamanı onun üzərində xəsarət izi aşkar olunmayıb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. İlhamə Əbülfət 09:24 Bakıda binanın damında gənc qızın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib. Rubrika.Az Geri qayıt |