Əsas Səhifə > Dünya > Müxalifət: Yalnız Paşinyanın hakimiyyətdən gedişi sabitlik yaradacaq
Müxalifət: Yalnız Paşinyanın hakimiyyətdən gedişi sabitlik yaradacaq23-04-2021, 08:51 |
|
Ermənistanda iqtidarda olan rejimin hakimiyyətdən kənar edilməsi ölkədə sabitliyi qurmağa imkan verəcək. Bu barədə Ermənistanın müxalif Vətən Partiyası bəyan edib. "İşgəncələri və qanunsuz saxlanılmaları qəti şəkildə pisləyirik, qeyri-qanuni saxlanılmış şəxslərin təcili azad olunmasını tələb edirik. Yenidən təsdiqləyirik ki, yalnız mövcud rejimin hakimiyyətdən dərhal kənarlaşdırılması ölkədə sabitlik və əmin-amanlığın bərqərar olmasına imkan verəcək”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın rəhbərlik etdiyi partiya bildirib. "Ermənistanın baş naziri vəzifəsini tutan şəxsin Sünik əyalətinə səfəri daxili siyasi gündəmi dəyişdirməyə yönələn planlı təxribat idi", - partiyadan bildirilib. Partiyada hesab edirlər ki, baş nazir Nikol Paşinyan ölkədəki "nisbi sabitliyi" pozub, o, cari və gələcək hadisələrə görə tam məsuliyyət daşıyacaq. Rubrika.Az Geri qayıt |