Əsas Səhifə > Media > Aydın Can Zahir Əzəmətdən yazdı: "ıştı qədə dıli bədızem i şəv..."
Aydın Can Zahir Əzəmətdən yazdı: "ıştı qədə dıli bədızem i şəv..."25-04-2021, 11:01 |
|
Dünyanın heç bir dilində, heç bir dilə tərcüməsində bu gözəllikdə deyilə, səslənə bilinməyəcək: ıştı qədə dıli bədızem i şəv, ıştı qədə dıli bahəm şin-şini, - şeirinin müəllifi Zahir Əzəmətin ad günüdür! Şairliyini, istedadını millətə, oxucuya, dövlətə qaxınc etmədən, ədəbi və mətbu dilənçi obrazına girmədən, necə və nə cür yaşamağın şərəfsizlikdən, ləyaqətsizlikdən gücü çatdığı qədər uzaq yolunu seçən, gənclər üçün işıqlı ideyaların, təşkilatların yaradıcısı, yaradanları ilə bir cərgədə mümkün qədər faydalı bu əziz imza həm də vətənə əsgər xidmətini özünə borc bilib - qaçıb heç harda gizlənməyib, heç kimdən heç nə ummayıb və həmişə də ön sıralarda olub yaşıdlarından! Zahir Əzəmət Özünə ev istəməsə də, müraciətiylə, ən azı, iki həmkarına ev verdirmiş (Əli Həsənovun nifrəti olmasaydı, hətta üçünə olacaqdı) alçaqkönüllü, fədakar və mərd insan-imzamızın hərbi xidmətdə olanda yazdığı şeirdir... eramızdan əvvəl! Haqqında sözün yaxşısını əsirgəmək heç vaxt məqbul olmayan zahirən əzəmətli, əzəmətli Zahirin "Sizə zəfər gətirəcəyik" şeiri onun özündən çox, bizə təsəllidir! Mükafatdır! Dəyərdir! Sizə zəfər gətirəcəyik bizə məktub yazın heç olmasa sətirlərdən ürəyiniz boy versin səbirlə dinləyin şikəst qayıdan əsgər yoldaşlarımızın gecə sayıqlamalarını üz çevirib getməyin uşaqlarımız dilənəndə su verin çörək verin! atalarımıza siqaret analarımıza ürək dirək verin… sizə zəfər gətirəcəyik bizə barıt qoxusu dadmayan səhər saxlayın bir az günəş bir az dəniz… bir az da soyuq xırdalan pivəsi şəxsən mənim üçün və sevməyin ay əclaflar bizi gözləyən qadınları... Təbriklər, şeirləri, kitabları, redaksiyaları evimiz olan oğlan! AYDIN CAN Geri qayıt |