Əsas Səhifə > Səhiyyə > Türkiyədə daha 353 nəfər koronavirusdan ölüb
Türkiyədə daha 353 nəfər koronavirusdan ölüb27-04-2021, 08:40 |
|
Son 24 saat ərzində Türkiyədə koronavirusdan 353 nəfər vəfat edib. “Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, aprelin 26-da yoxlanış məqsədilə götürülən 268 893 testdən 37 312-si müsbət çıxıb. Sutka ərzində 48 027 nəfərin sağalması və ya karantin müddətinin bitməsi qeydə alınıb. Hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 3563 nəfərdir. Rubrika.Az Geri qayıt |