Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Azərbaycanda vəzifəli şəxs vəfat etdi27-04-2021, 10:40 |
|
"Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycanın əməkdar mühəndisi Knyaz Hacıyev vəfat edib. K.Hacıyev Türkiyədə 67 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Hacıyev Knyaz Mehdi oğlu 1953-cü ilin oktyabrın 10-da Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. O, 1970–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb, 1975-ci ildə həmin institutun tam kursunu bitirərək inşaatçı-mühəndis peşəsinə yiyələnib. Prezident İlham Əliyevin imzaladığı 10 aprel 2014-cü il tarixli sərəncamı ilə Azərbaycanda tikinti kompleksinin inkişafında xidmətlərinə görə K.Hacıyevə "Əməkdar mühəndis” fəxri adı verilib. Rubrika.Az Geri qayıt |