Əsas Səhifə > Səhiyyə > Komitə sədrindən yeni vaksinlərin gətirilməsi ilə bağlı ANONS
Komitə sədrindən yeni vaksinlərin gətirilməsi ilə bağlı ANONS27-04-2021, 12:47 |
|
Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmraslanov deyib. O bildirib ki, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur: “Sadəcə olaraq vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. Hər birimiz insanların vaksinasiyaya cəlb olunması istiqamətində aparılan maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda yaşı 40-dan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda yaşı 40-dan aşağı vətəndaşların da vaksinasiyasına başlanılacaq”. Rubrika.Az Geri qayıt |