Əsas Səhifə > Cəmiyyət > Arif Quliyev ECMO cihazına qoşuldu
Arif Quliyev ECMO cihazına qoşuldu28-04-2021, 22:13 |
|
Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub. Rubrika.Az xəbər verir ki, bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb. O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır. R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər. Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. Rubrika.Az Geri qayıt |