Əsas Səhifə > İdman > Avropa Liqasında yarımfinal mərhələsi başlayır
Avropa Liqasında yarımfinal mərhələsi başlayır29-04-2021, 08:37 |
|
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İtaliyanın avrokuboklardakı yeganə təmsilçisi "Roma" İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq. İngiltərənin digər klubu "Arsenal" isə İspaniyada "Vilyarreal"la üz-üzə gələcək. La Liqa təmsilçisi "Qarabağ"la eyni qrupda mübarizə aparıb. Avropa Liqası, yarımfinal İlk oyunlar 23:00. "Mançester Yunayted" (İngiltərə) - "Roma" (İtaliya) 23:00. "Vilyarreal" (İspaniya) - "Arsenal" (İngiltərə) Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da olacaq.("Report") Rubrika.az Geri qayıt |