Əsas Səhifə > Mədəniyyət > Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət açıqlandı
Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət açıqlandı29-04-2021, 12:47 |
|
Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır. Bu barədə Oxu.Az-a açıqlamasında "Yeni klinika”nın reanimatoloqu Emil Qasımov məlumat verib. O bildirib ki, Xalq artistinə hazırda invaziv mexaniki ventilyasiya tətbiq edilib və o, süni tənəffüs aparatının dəstəyi altındadır: "Hazırda xəstənin parametrləri qənaətbəxş hesab edilmir. Lazım olan bütün tədbirləri görürük. İntensiv müalicə davam etdirilir. Hələ ki, Arif Quliyevin vəziyyəti ciddi-kritikdir”. Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun ECMO cihazına qoşulduğu barədə məlumat verilib. Rubrika.Az Geri qayıt |