Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı AÇIQLANDI29-04-2021, 22:42 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1392 yeni yoluxma faktı qeydə alınıb, 2274 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 26 125 nəfər olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, bu günə qədər isə ümumilikdə 3 229 867 test icra olunub. Qeyd edək ki, ötən sutka ərzində 32 nəfər koronavirusdan vəfat etmişdi. Rubrika.Az Geri qayıt |