Əsas Səhifə > Dünya > Qırğızıstan-Tacikistan sərhədində atışma başlayıb - SON DURUM
Qırğızıstan-Tacikistan sərhədində atışma başlayıb - SON DURUM30-04-2021, 12:25 |
![]() Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başlayıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstanın Bakten vilayətinin Daxili İşlər İdarəsindən bildirilib. Qeyd edək ki, aprelin 29-da Qırğızıstan-Tacikistan sərhədində yaranmış qarşıdurmada 20 nəfər həlak olmuş, 150 nəfər yaralanmışdı. Qırğızıstan atışmada xüsusi təyinatlı 3 sərhədçisinin də həlak olduğunu açıqlamışdı. Aprelin 29-da axşam saatlarında tərəflər atəşkəs barədə razılığa gəlmiş, atəş dayandırılmışdı. Rubrika.az Geri qayıt |