Əsas Səhifə > Səhiyyə > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO2-05-2021, 21:34 |
|
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 717 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 685, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 032 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 516 923, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 975 208, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 541 715 təşkil edir. Rubrika.az Geri qayıt |