Əsas Səhifə > Dünya > Türkiyənin İraqda zərərsizləşdirdiyi PKK terrorçularının sayı 46-ya çatdı
Türkiyənin İraqda zərərsizləşdirdiyi PKK terrorçularının sayı 46-ya çatdı3-05-2021, 08:50 |
|
Türkiyənin silahlı qüvvələri İraqın şimalındakı “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın iki terrorçusunu zərərsizləşdirib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin xəbərində deyilir. "Regionda aşkar edilmiş PKK-nın iki terrorçusu ATAK helikopteri vasitəsilə zərərsizləşdirilib. Beləliklə, əməliyyatın gedişatında zərərsizləşdirilən terrorçuların sayı 46 nəfərə çatıb", - xəbərdə deyilir. Türkiyə silahlı qüvvələrinin İraqın şimalında “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları aprelin 23-də başlayıb. Rubrika.az Geri qayıt |