Əsas Səhifə > Dünya > ABŞ-da gəmi batıb, ölənlər var
ABŞ-da gəmi batıb, ölənlər var3-05-2021, 09:46 |
![]() ABŞ-da San-Dieqo sahillərində gəminin batması nəticəsində iki nəfər həlak olub. Xilas edilən 23 nəfər xəstəxanaya yerləşdirilib. Azvision.az xəbər verir ki, bu barədə CNN telekanalı yerli xilasetmə xidmətinə istinadla məlumat yayıb. Məlumata görə, çevrilən gəminin göyərtəsindəki 25 nəfər sudan çıxarılıb. Onlardan ikisi həyatını itirib. Xəsarət alanların həyatı üçün təhlükə olmadığı bildirilir. Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir. Rubrika.Az Geri qayıt |