Əsas Səhifə > Dünya > Paşinyan Zəngəzurda Rusiya qoşunlarının yerləşdirildiyini AÇIQLADI
Paşinyan Zəngəzurda Rusiya qoşunlarının yerləşdirildiyini AÇIQLADI3-05-2021, 15:35 |
|
Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Zəngəzurda Rusiya Ordusunun 2 dayaq nöqtəsinin yaradıldığını elan edib. “Gümrüdəki 102-ci hərbi baza Syunik vilayətində 2 dayaq məntəqəsi yaradıb. Onlar İran və Azərbaycanla sərhəd ərazilərdə yerləşdirilib”. Paşinyan rusiyalı hərbçilərin Zəngəzurun təhlükəsizliyinə cavabdeh olacağını söyləyib. O bölgəyə yerləşdirilən rusiyalı hərbçilərin dəqiq sayını açıqlamayıb. Rubrika.az Geri qayıt |